TƏCİLİ: Türk Ordusu İdlibə girdi!

Türkiyənin 80-nə yaxın xüsusi təyinatlı qüvvəsi Suriyanın İdlib şəhərinə daxil olub. Bu barədə “Haber7” saytı məlumat yayıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, xüsusi təyinatlıları 12 hərbi texnika müşayət edir. Türkiyəli hərbi ekspert Abdullah Ağar da faktı təsdiqləyərək, hərbçilərin yerli vaxtla 22:15-də şəhərə daxil olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə