Ərdoğanın mühafizəçiləri yerli silahlardan istifadə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri bundan sonra məşhur “Siq Sauer” silahından istifadə etməyəcək. Axar.az xəbər verir ki, prezidentin verdiyi təlimata əsasən, Prezident Administrasiyasının tabeliyində olan polis əməkdaşları və xüsusi təyinatlı qüvvələr yerli istehsal olan “Yavuz16” adlı silahlardan və Milli snayper tüfənfi olaraq tanınan MPT-76-dan istifadə edəcək.

Xatırladaq ki, Ərdoğan hüquq-mühafizə orqanlarının yerli silahlardan istifadəsi ilə bağlı Daxili İşlər nazirinə təlimat vermişdi.

loading...