İspaniyada qırıcı təyyarə qəzaya uğrayıb

İspaniyada "Eurofighter" qırıcısı qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza ölkədə dövlət bayramı münasibətilə keçirilən hərbi parad zamanı baş verib. Paraddan qayıdan təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb. Qəzanın baş vermə səbəbləri məlum deyil.

İspaniya kralının da qatıldığı paradda 78 hərbi aviasiya texnikası iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə