Yunanıstanda 5 bal gücündə zəlzələ olub

Yunanıstanın Maqnesia adası yaxınlığında 5 bal gücündə zəlzələ baş verib.

SİA-nın verdiyi məlumata görə, yeraltı təkanların episentri 7 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə