ABŞ-dan Bağdad və Ərbilə çağırış

"Həm Ərbil, həm də Bağdadla bir sıra görüşlər həyata keçirmişik. Əgər hər iki tərəfin də istəyi olsa, biz tərəflər arasında danışıqların keçirilməsinə köməklik edə bilərik". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert mətbuat konfransında İraq Kürd Regional Rəhbərliyinin (IKBY) təşkil etdiyi qeyri-qanuni referendum haqqında yönəldilən sualları cavablandırarkən deyib.

Sözçü ilk gündən bu referendumun keçirilməsinə qarşı olduqlarını diqqətə çatdırıb: "Biz ilk gündən bu qeyri-qanuni referenduma qarşı olduğumuzu açıq şəkildə bildirmişik. Çünkü bunun sabitliyi pozacağını bilirdik. Xarici işlər naziri həm Ərbil, həm də Bağdad rəsmiləri ilə görüşlər keçirib. Bizim fikrimiz qətidir. Yalnız istədikləri təqdirdə vəziyyətə sülhməramlı müdaxilə edə bilərik".

loading...