Moskvada 10 minə yaxın insan təxliyyə edilib

Moskvada yerləşən 6 ticarət mərkəzində insanların təxliyə əməliyyatı aparılır. Axar.az xəbər verir ki, bu barədə “TASS” hüquq mühafizə orqanlarına istinadən informasiya yayıb.

“6 ticarət mərkəzində partladıcı yerləşdirilməsi barədə məlumat daxil olub. Hazırda “Meqa-Ximki”, “Metropolis”, “Xoroşo”, “Kapitoli”, “Şuka”, “Okeaniya” ticarət mərkəzlərində yoxlamalar davam etdirilir”, - məlumatda deyilir. Ticarət mərkəzlərindən ümumilikdə 10 minə yaxın insanın təxliyə edildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə