ABŞ-ın Tennessi ştatında kilsədə silahlı insident baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Neşvill şəhəri yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, kilsədə baş verən atışma nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. İnsidentlə əlaqədar bir nəfərin saxlandığı bildirilir. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə