İtaliya qırıcı təyyarəsi dənizə düşüb

İtaliya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Latsio yaxınlığında aviaşou zamanı dənizə düşüb. Bu barədə “Corriere della Sera” qəzeti informasiya yayıb. Nümayişi izləmək üçün toplaşan azarkeşlərin gözləri qarşısında baş verən hadisə zamanı təyyarənin pilotu həlak olub.

36 yaşlı pilotun cəsədi 1.5 saat davam edən axtarış tədbirlərindən sonra dənizdən tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə