Almaniyada federal məclisə seçkilər Kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansının qələbəsilə başa çatıb. Anadolu Agentliyi xəbər verir ki, alyans seçkilərdə 32,5 faiz səs toplayıb. Onun əsas rəqibi Alman sosial-demokratları isə seçicilərin yalnız 20 faizinin dəstəyini qazana bilib.

Qeyd edək ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib. Onların səsi uğrunda 42 partiya mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə