İŞİD-ə qarşı növbəti əməliyyat keçirilib

İstanbul polisi İŞİD terrorçularına qarşı növbəti əməliyyat keçirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı çərçivəsində İstanbulda 15 binada axtarış aparılıb.

Əməliyyat nəticəsində İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb. Saxlanılanlardan bir neçəsi Suriya və İraqda İŞİD sıralarında döyüşməkdə şübhəli bilinirlər. Qruplaşmaya aid xeyli sayda sənəd və elektron avadanlıq götürülüb.

Qeyd edək ki, saxlanılanların 31 nəfərinin əcnəbi olduğu bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə