Trampa XƏBƏRDARLIQ: Kim Çeni təhqir etmə!

ABŞ Prezidenti Donald Trampın müşavirləri ona Şimali Koreya lideri Kim Çen İni təhqir etməkdən çəkinməyi məsləhət görüblər. Bu barədə informasiyanı “Los Anceles Tayms” qəzeti yayıb.

Müşavirləri Trampa bu məsləhəti onun BMT Baş Assambleyasında Şimali Koreya əleyhinə sərt çıxışından sonra veriblər. Onların fikrincə, Trampın “Raket adam” ayaması və Şimali Koreyanı “tamamilə məhv etmək” kimi sərt fikirləri iki ölkə arasında danışıqlar üçün heç bir şərait yaratmır.

Bütün xəbərlər Facebook səhifəmizdə