Çin Şimali Koreyanın neftini kəsir

Çin Şimali Koreyaya neft məhsulları ixracını məhdudlaşdırır. Bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb. Bildirilir ki, Çinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı çərçivəsində Şimali Koreyadan tekstil idxalı və bu ölkəyə neft məhsulları ixracı məhdudlaşdırılacaq.

Neft məhsullarından mayeləşdirilmiş təbii qazın Şimali Koreyaya satışının məhdudlaşdırılması barədə qərar oktyabrın 1-dən qüvvəyə minəcək. Tekstil məhsullarının Çinə idxalı isə daha əvvəl edilən əməliyyatların tamamlanması üçün dekabrın 10-dək davam edəcək və o tarixdən sonra idxal tamamilə dayandırılacaq.

Çinin Şimali Koreyaya neft məhsulları ixracı 2018-ci il yanvarın 1-dən illik 2 milyon barrel olacaq.

Xatırladaq ki, sentyabrın 12-də BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı onun idxal və ixrac əməliyyatlarını kəskin şəkildə azaldacaq yeni sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməni qəbul edib.

loading...