Ərdoğanın İrana səfərinin vaxtı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 4-də İrana səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Türkiyədə diplomatik mənbələr məlumat verir.

Səfər çərçivəsində R.T.Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.

Görüş zaman regional məsələlərin, eləcə də Suriya böhranının və İraqdakı vəziyyətin müzakirə olunacağı barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə