Çində feyerverk zavodunda partlayış 7 ölü

Çinin Tzyansi əyalətində feyerverk zavodunda partlayış baş verib. SİA-nın məlumatına görə, partlayış nəticəsində 7 nəfərin həlak olduğu bildirilib.

Məlumata görə, zavod təhlükəsizlik sisteminin yoxlanışı ilə əlaqədar bağlı olsa da, bir neçə saat sonra əməkdaşlar işi bərpa ediblər. Partlayışın da məhz bu zaman baş verdiyi bildirilir.

Hadisə zamanı zavodda nə qədər adamın olduğu barədə dəqiq məlumat isə hələ yoxdur.

Partlayış hansı səbəbdən baş verməsi məlum deyil. Partlayışdan dərhal sonra insident yerinə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə