Dmitri Medvedyev: "ABŞ bunu istəmir"

ABŞ “Şimal axını-2” layihəsinin reallaşdırılmasını istəmir. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedyev danışıb.

“Bu məsələdə ən praqmatik mövqe ABŞ-a məxsusdur. Onlar hüquqi qərarlar, müxtəlif vasitələr, sanksiyalar və Avropa Birliyinə qeyri-müəyyən təsir göstərməklə bu layihəyə mane olmağa çalışırlar”, - Baş nazir bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın Energetika naziri Aleksandr Novak Vaşinqtonun sanksiyalarına baxmayaraq, “Şimal axını-2” layihəsinin icrasının nəzərdə tutulan qrafikə uyğun davam etdirildiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə