"Harvi" qasırğasının vurduğu ziyan 600 milyon dollara çatıb!

Avqustun 25-də Texas sahilini cənginə alan "Harvi" qasırğasından dəyən zərər 593 milyon dollar səviyyəsində qiymətləndirilir. Trend-in məlumatına görə, "Allstate" sığorta şirkətinin hesablamalarına əsasən bu rəqəmin artacağı da istisna edilmir.

"Harvi" son 12 ilin ən güclü qasırğası hesab edilir. 2005-ci ildə Luiziana ştatını vuran "Katrina" qasırğası Yeni Orleanı demək olar ki, yerlə-yeksan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə