Yaponiyanın Hönşü adasının şərqində 6,1 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri adada yerləşən Kamaişi şəhərindən 281 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağınıtılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə