Meksikada zəlzələdən ölənlərin sayı 225 nəfərə çatıb

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkə prezidenti dağıdıcı zəlzələnəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.

Ötən gün Meksikada 7,1 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb. Təkanlar paytaxt Mexikoda hiss olunub. Fəlakət zonasında xilasedici əməliyyat davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə