Erməni deputatlar Bakıya gələcək

Ermənistan nümayəndə heyətinin “Avronest” Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında iştirak edəcəyi dəqiqləşib. SİA-nın xəbərinə görə, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov bildirib ki, erməni deputatlar sentyabrın 22-ə planlaşdırılan iclasda iştirak etmək üçün Bakıya gələcəklər.

Erməni KİV-lərinin yaydığı məlumata görə, Ermənistanı “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. Onlar sabah Bakıya yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə