Meksikada zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente hadisə nəticəsində ölənlərin sayının 149-a çatdığını açıqlayıb.

"55 nəfər – Morelos ştatında, 49 – Mexikoda, 32 – Puebla ştatında, 10 nəfər Mexiko ştatında və 3 nəfər Qerero ştatında ölüb”, - deyə Luis Felipe Puente öz Twitter hesabında yazıb.

Qeyd edək ki, ötən gün Meksikanın Morelos ştatında 7,1 bal gücündə zələlə baş verib. Yeraltı təkanlar yerli vaxtla 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə və Tepeoxuma yaşayış məntəqəsindən 8 km aralıda, yerin səthindən 60 km dərinlikdə qeydə alınıb. Güclü zəlzələ bütün ölkə ərazisində hiss olunub. 4 milyona yaxın insan işıqsız qalıb. Mexikoda fövqəladə vəziyyət elan olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə