" Rusiya Avropanın ən böyük ölkəsidir"

"Avropa Birliyi (AB) Rusiya ilə necə davranılmalı olduğunu öyrənməlidir." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“İstər bəyənin, istərsə də bəyənməyin. Rusiya Avropanın ən böyük ölkəsidir. Həmfikir olmaya bilərsiniz. Biz də bəzi məsələlərdə Kremllə fikir ayrılıqları yaşayırıq. Lakin AB bundan sonra rəhbərin özü olmadığını anlamalıdır. AB əgər qlobal güc olmaq istəyirsə, daha əhatəli fəaliyyət göstərməlidir”, - XİN rəhbəri bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə