Ərəbistan benzinin qiymətini 80 faiz artırır

Neftin qiymətinin azalması Körfəzin zəngin ölkələrindən olan və dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının benzinin qiymətini 80 faiz artırmasına gətirib çıxarıb.

Səudiyyə Ərəbistanı neftdən asılılığını azaltma proqramı çərçivəsində noyabr ayında benzinin qiymətini artıracaq. Plana görə, benzinin qiyməti 0,75 səudiyyə rialından 1,35 riala (təxminən 0,36 sent) qaldırılacaq. Bu da təxminən 80 faiz artım deməkdir. Benzinin qiymətinin 2018-2021-ci illərdə də tədricən artacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə