Rusiya qırıcıları Suriyada ABŞ əsgərlərini bombalayıb

Rusiyaya məxsus qırıcılar bir neçə gün əvvəl Suriyanın Deyr əz-Zor şəhərində ABŞ hərbçilərinə yaxın əraziləri bombalayıb. Axar.az xəbər verir ki, bu barədə “CNN İnternəşnl” məlumat yayıb.

Hücum zamanı hətta bir neçə amerikalı hərbçinin yaralandığı və Suriya Demokratik Qüvvələri tərəfindən onlara yardım edildiyi bildirilib.

Məsələ ilə bağlı açıqlama verən amerikalı rəsmilər olayın qəsdən edilmədiyini, buna baxmayaraq məsələnin araşdıralacağını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə