Türkiyə tankları İraq sərhədinə yeridilib!

Türkiyə Silahlı Qüvvələrinin dünən başladığı Silopi-Habur bölgəsindəki təlimdə mövqelər üzrə hazırlıq görülüb. Axar.az xəbər verir ki, dünən səhər saatlarında start götürən təlim axşam saatlarında xəndəklərin qazılması ilə yekunlaşıb.

Tanklar Şimali İraqa doğru istiqamətləndirilib. Raket batareyaları təhlükəsiz əraziyə yerləşdirilib. Həmçinin təlim sahəsinə hərbi vasitələr ilə maddi-texniki dəstək verilib. Təlim ərazisinin ətrafında isə zirehli maşınların təhlükəsizlik tədbiri aldığı görülüb. Qeyd edək ki, TSQ Şimali İraq Kürd Regional Rəhbərliyinin keçirəcəyi referendumla bağlı təhlükəsizlik tədbirləri həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə