Myanmada 800 müsəlmanın evləri yandırılıb

Myanmanın Arakan vilayətində yandırılan evlərin fotoşəkilləri sosial mediada yayımlanıb. Axar.az xəbər verir ki, təxminən 800 nəfər müsəlmanın yaşadığı Nondakhali kəndində evlər yandırılıb. Ordunun hücumu nəticəsində vilayətdə ümumilikdə 200-dək kənd dağıdılaraq yararsız vəziyyətə salınıb.

On minlərlə müsəlman qırğınlardan canını qurtarmaq üçün bölgədən uzaqlaşmağa çalışır. Myanmadan qaçan müsəlmanlar dağlıq ərazilərdən, Naf çayından və ya dəniz üzərindən keçərək Banqladeşə sığınır. UNICEF-in açıqlamasına görə, avqustun 25-dən etibarən təxminən 400 minə yaxın müsəlman Banqladeşə keçib. Onların arasında 200 mindən çox uşaq var.

Bütün xəbərlər Facebook səhifəmizdə