Saakaşvili Poroşenkoya qarşı tələblərini elan edib

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə 17 oktyabra təyin etdiyi mitinqdəki tələblərini elan edib. Axar.az xəbər verir ki, Saakaşvili sosial şəbəkə hesabından 3 tələbləri olduğunu bildirib.

“Biz vətəndaş fəalları təşəbbüslərinə qoşulmaq qərarı verdik və 17 oktyabrda bu 3 tələblə toplaşacağıq: antikorrupsiya məhkəməsinin yaradılması, deputat toxunulmazlığının ləğvi, yeni seçki qanunvericiliyinin qəbulu. Digər tələblərimizi biz 17 oktyabra qədər bütün Ukraynadan toplayacağıq”, - Saakaşvili bildirib.

Qeyd edək ki, Ukraynanın Baş prokuroru Yuri Lutsenko Mixail Saakaşvilinin 10 sentyabr insidentinə görə ölkə ərazisindən çıxarılmayacaq və həbs edilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə