ABŞ-da yüngülmühərrikli "Cirrus SR22" təyyarəsi qəzaya uğrayıb. Report-un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Xəbərdə bildirilir ki, Fort-Kollins şəhərindən səmaya qalxaraq Moava (Yuta ştatı) doğru uçan təyyarə Kolorado ştatında, Denverdən 270 kilometr qərbdə qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə bir ailənin 4 üzvü olub. Onların hamısı qəzada həlak olub. Ölənlərin şəxsiyyəti açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə