Ərdoğan: Türkiyə Nyu-Yorkda 32 mərtəbəli bina tikəcək

ABŞ-ın Nyu-York şəhərində mərkəzi yerlərdən birində Türkiyəyə aid 32 mərtəbəli bina inşa ediləcək. Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Binanın Birləşmiş Millətlər Təşkilatının binasının qarşısında, Nyu Yorkun mərkəzi hissəsində Türkiyənin adına layiq bir yer olacağını deyə bilərəm. Keçən il Vaşinqtonda təsis etdiyimiz mərkəz ABŞ müsəlmanlarının evi olub”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə