Liviyalılar Aralıq dənizində 1047 immiqrantı xilas ediblər

Liviyanın sahil təhlükəsizliyi qüvvələri Aralıq dənizində 1047 immiqrantı xilas ediblər. Axar.az xəbər verir ki, immiqrantlar əsasən Liviyanın qərbindəki Sabrata şəhəri ərazisində aşkarlanıblar.

Onların fərqli ölkə vətəndaşı olduqları və aralarında qadın və uşaqların çoxluğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə