"Referendum qərarı Kürdüstanda bütün tərəflərlə məsləhətləşmələrdən sonra qəbul edildi." Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib. O bildirib ki, alternativ təkliflər üçün artıq gecdir:

“Referendumu təxirə salın deyənlərə hansı təklifləri olduğu barədə sual verdik. Lakin heç kim daha yaxşı təklif vermədi. Referendum sərhədlərin çəkilməsi anlamına gəlmir. Əksinə, problemlərin həlli üçün qapıların açılması deməkdir. Bundan əlavə, referendum bir təbəqənin digər qrupa basqı etməsi anlamına da gəlmir. Gələcəyinizə özünü qərar verəcəksiniz”.

Qeyd edək ki, referendum sentyabrın 25-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə