Xarici işlər naziri qəzaya düşdü FOTOLAR

Çexiyanın Xarici İşlər naziri Lyubomir Zaoralekin avtomobili qəzaya uğrayıb. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, hadisə zamanı nazirin olduğu avtomobil qarşıdan gələn digər maşınla toqquşub. Qəza zamanı nazirlə yanaşı daha 6 nəfər də xəsarət alıb.

Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, qəzanın səbəbləri məlum deyil.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə