Hindistanda qayıq aşdı 22 nəfər həlak oldu

Hindistanda Yamuna çayında qayığın aşması nəticəsində azı 22 nəfər həlak olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, hadisə Uttar-Pradeş şatatında baş verib.

Yayılan məlumatlara görə, qayıqda 60-a yaxın insan olub, hələlik onlardan yalnız 12-si xilas edilib. Fövqəladə hallar xidməti hadisə yerində xilasetmə əməliyyatlarını davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə