Peskov: "Putin Klintonlara qarşı kin bəsləmir"

Kremlin sözçüsü Dmitri Peskov Hillari Klinton və ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Rusiya Prezidenti Vladimir Putinə qarşı "qan davası" ilə bağlı iddialara cavab verib.

Axar.az xəbər verir ki, Peskov Putinin H.Klinton və B.Klintona qarşı heç bir kin bəsləmədəyini və onlara qarşı mənfi siyasət yürütmədiyini bildirib. Peskov qeyd edib ki, Rusiya lideri Klintonun gündəliklərindən ibarət kitabı oxumaq istəmir.

Bütün xəbərlər Facebook səhifəmizdə