Türkiyədə bir milyondan çox narkotik həb tutulub

Türkiyənin Mersin limanında yük maşınında yoxlama aparılarkən 1 milyon 190 min narkotik həb ələ keçirilib. Bu barədə CNN telekanalı xəbər yayıb. Məlumatda deyilir ki, narkotik həblər 120 paketin içində yerləşdirilib və 366 kiloqram 773 qram ağırlığında olub. Əməliyyat nəticəsində beş nəfər həbs edilib. Qeyd edək ki, yük maşını İtaliyanın Trieste limanından İraqın şimalına getmək üçün Mersin limanından keçməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə