Moskvada ticarət mərkəzi yanır

Moskvanın qərb hissəsində fəaliyyət gösrtərən ticarət mərkəzlərinin birində yanğın başlayıb. SİA-nın məlumatına görə, yanğın "Filion" ticarət mərkəzinin ikinci və dördüncü mərtəbələrdə qeydə alınıb.

Hazırda yanğınla əlaqədar işçilər və müştərilər təxliyə olunur.

Xəsarət alanların olması barədə məlumat verilmir.

Yanğının qarşısının alınması üçün hadisə yerinə 17 maşın və 60 yanğınsöndürən cəlb edilib.

Yanğının baş vermə səbəbi məlum deyil.

loading...