Latviyalı ofisiant: "11 sentyabr terrorçusuna xidmət göstərmişəm"

Latviyanın Oqre şəhərində yaşayan Aleksandr Leonenko adlı keçmiş ofisiant Nyu Yorkun arxa küçələrində oteldə çalışarkən 11 sentyabr terror aktını təşkil edən 2 nəfərə xidmət göstərdiyini bildirib. Leonenko bununla bağlı Sputnik-ə danışıb. “Onları gördüm. Lakin terrorçu olduqlarını bilmirdim. Tarixi dəqiq xatırlayıram. 18 avqust idi. Oteldə ofisiant kimi işləyirdim. İki qaradərili şəxs masaya əyləşib yemək sifariş verdi. Yemək yeyərkən də xəritələrə baxırdılar. Bu, bütün turistlərin etdiyi bir şey idi”, - keçmiş ofisiant bildirib.

Leonenko vurğulayıb ki, dəhşətli terror aktından sonra aparılan araşdırmalar zamanı onların fotolarını görüb və dəhşətə gəlib. Xatırladaq ki, Nyu York Əkiz Qüllələrə edilən təyyarə hücumları nəticəsində 3 minə yaxın insan həlak olub, 6 mini isə yaralanmışdı. Dünya tarixinin ən qanlı terror hücumunu Əl-Qaidə terror təşkilatı törətmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə