"Türkiyəyə silah satışının tamamən qadağan edilməsinə qarşıyam"

"Türkiyəyə silah satışının tamamən qadağan edilməsinə qarşıyam." Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel NDR telekanalına açıqlamasında deyib. O, silah satışının məhdudlaşdırıldığını desə də, İŞİD-ə qarşı mübarizədə Türkiyənin Almaniyanın ən önəmli müttəfiqlərindən biri olduğunu da qeyd edib.

Xatırladaq ki, Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel Ankaranın Berlindən silah istədiyini və bir sıra tələblər irəli sürdüyünü bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə