İŞİD intiharçılarının Müdafiə Nazirliyinə hücumunun qarşısı alınıb

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri “İslam dövləti” terrorçu qruplaşmasından olan silahlıların Ər-Riyadda Müdafiə Nazirliyinin binasına hücumunun qarşısını alıblar. Bu barədə SPA dövlət informasiya agentliyi rəsmi mənbəyə istinadla məlumat yayıb.

SPA-nın məlumatına görə, ölkənin dövlət təhlükəsizliyi idarəsi intiharçıların nazirliyin iki binasına hücumunun qarşısını alıb. İki terrorçu hələ öz məqsədlərini həyata keçirməzdən əvvəl saxlanılıb.

SPA agentliyinin ilkin məlumatına görə, terrorçular Yəmən vətəndaşlarıdır. Onlardan iki intiharçı kəməri, doqquz əldəqayırma qumbara, odlu və soyuq silahlar tapılıb. Krallığın təhlükəsizlik qüvvələrinin əməkdaşları, həmçinin iki Səudiyyə Ərəbistanı vətəndaşını saxlayıblar. Onların həbs edilmiş intiharçılarla əlaqəsi müəyyənləşdirilir.

Hüquq-mühafizə orqanları Ər-Riyad şəhərinin Ar-Rimal rayonunda terrorçuların partlayıcı kəmərdən istifadə etməyi öyrəndikləri evin üzərinə də həbs qoyublar.

Mənbənin məlumatına görə, təhlükəsizlik qüvvələri habelə “krallığın təhlükəsizliyi əleyhinə əcnəbilərin mənafeyi üçün” çalışan Səudiyyə Ərəbistanı və digər ölkələrin vətəndaşlarını zərərsizləşdirə biliblər. Onların hamısı saxlanılıb.

loading...