Türkiyə: "Almaniya terror qruplarının azad meydanıdır"

"Almaniya terror qruplarının azad meydanıdır." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib. “Hörmətli Merkel Almaniyanın kənardan necə göründüyünü bir də bizdən soruşsun. Türklərdən, əcnəbilərdən öyrənsin. Biz də izah edək. Vətəndaşın terror qruplaşmasına dəstək verib-verməməsi ilə bağlı ona qarşı ayrı-seçkilik edilməz. Məhkəmə nə qərar verərsə, ona əməl edilər”, - Bozdağ bildirib.

Qeyd edək ki, Angela Merkel çıxışında ölkəsində yerlilərin və əcnəbi vətəndaşların azad və sərbəst yaşadığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə