"İran qadınları arasında QİÇS xəstəliyi sürətlə artmaqdadır"

Ölkə qadınları arasında QİÇS (AİDS) xəstəliyi sürətlə artmaqdadır. Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin Səhiyyə və müalicə komissiyasının üzvü Homayun Haşimi jurnalistlərə açıqlamasında deyib.

“Cari ilin aprel və may aylarının statistik rəqəmləri göstərir ki, əvvəlki illərlə müqayisədə ölkə qadınlarının QİÇS xəstəliyinə yoluxması kimi hallar geniş vüsət alıb. Hazırda ölkədə 66 min 500 nəfərin QİÇS-ə yoluxduğu təxmin edilir. Lakin onlardan yalnız 35 min nəfərinin kimliyini müəyyənləşdirmək mümkün olub. Həmin şəxslərin 84 faizini kişilər, 16 faizini isə qadınlar təşkil edir. Xəstəliyə yoluxanların yaş həddi isə 21-35 yaşları arasındadır. QİÇS-in geniş yayıldığı yerlər paytaxt Tehran və digər iri şəhərlərdir. Statistik rəqəmlər isə iranlı qadınlar arasında bu xəstəliyin gündən-günə artmasından xəbər verir”, - deyə o bildirib.

Qeyd edək ki, İranda QİÇS-in sürətlə yayılmasının digər əsas səbəbi narkomanların başqaları tərəfindən istifadə edilmiş iynələrdən istifadə etmələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə