Saakaşvili açıqladı: "Bu ölkələri oliqarxlar idarə edir"

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna, Moldova və Gürcüstan kimi ölkələrdə baş nazir də daxil olmaqla, nazirlərin heç bir səlahiyyətinin olmadığını bildirib. Bu barədə Saakaşvili BBC-yə danışıb.

“Qərb siyasətçiləri gələndə onların əllərini sıxmalarına baxmayın. Əslində onların heç birinin səlahiyyətləri yoxdur. Bu ölkələri kimlər idarə eləyir? Gəlin özümüzü aldatmayaq. Əlbəttə oliqarxlar”, - Saakaşvili deyib.

Qeyd edək ki, rəsmi Kiyev iyul ayının 26-da Mixail Saakaşvilini vətəndaşlıqdan çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə