Türkiyədə işçiləri ildırım vurub: 1 nəfər ölüb

Türkiyənin Manisa vilayətinin 2 fərqli ərazisində insanların üzərinə ildırım düşməsi nəticəsində 1 nəfər ölüb, 6-sı yaralanıb. Axar.az xəbər verir ki, Hacihalilər məhəlləsində üzüm bağında çalışan qadınların yaxınlığında yerləşən ağacı ildırım vurub.Nəticədə 6 qadın xəsarət alıb. Onların həyati təhlükəsinin olmadığı bildirilib.

Bundan əlavə, vilayətin Saruhanlı mahalında Bayram Altundaş adlı isə şəxs üzüm talvarı düzəldən zaman onu ildırım vurub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə