Almaniyada avtomobildən Trampın başı formasında narkotik tapılıb

Almaniyanın Osnabrük şəhərində polis tərəfindən avtomobilə baxış keçirilən zaman oradan ABŞ Prezidenti Donald Trampın başı formasında olan kiçik bağlamalardan ibarət narkotik maddə aşkarlanıb. Axar.az xəbər verir ki, həmin bağlamaların sayının 5000 ədəd olduğu bildirilib. Tablet formasında olan həmin narkotik tərkibili maddələrin ortalama qiymətinin 46 min dollar olduğu deyilir. Sürücünün kimliyi hələ ki, müəyyənləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə