İtaliyanın qərbində yerləşən İskya adasında yerli vaxtla saat 20:57-də 3.6 bal gücündə zəlzələ baş verib, nəticədə 1 nəfər ölüb, onun qadın olduğu bildirilir.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar adanın qərbində dəniz dibinin 10 kilometr dərinliyində qeydə alınıb.

Xilasetmə və mülki müdafiə qrupları adada axtarış və xilasetmə əməliyyatları aparır. İstirahət vaxtı olması səbəbilə xeyli sayda turistin olduğu adada təbiət hadisəsindən sonra insanlar küçələrə çıxıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə