Türkiyə Hərbi-Hava Qüvvələri Diyarbakır vilayətinin Kulp rayonunda və İraqın şimalındakı Zap bölgəsində antiterror əməliyyatı keçirib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kulpda hücum etməyə hazırlaşan terrorçulara qarşı pilotsuz uçuş aparatları ilə keçirilən əməliyyat zamanı bir terrorçu məhv edilib.

İraqın şimalına endirilən avizərbələr nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib, həmçinin terrorçulara məxsus 3 silah məntəqəsi dağıdılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə