"Rus turistlərin Türkiyədən təxliyə edilməsinə ehtiyac yoxdur"

"Rus turistlərin hazırda Türkiyədən təxliyə edilməsinə ehtiyac yoxdur." Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova koksaki virusu ilə bağlı açıqlamasında deyib. XİN rəsmisi bildirib ki, 14 avqust tarixində 14 Rusiya vətəndaşında sözügedən virusun əlamətləri aşkar edilib: “Simptomların 10 yaşından aşağı uşaqlarda olduğu müəyyən edilib. Türkiyədəki səfirliyimiz ölkənin səhiyyə ocaqları ilə daim əlaqədədir”.

Qeyd edək ki, mətbuatda Antalya sahillərində ölümcül koksaki virusunun aşkar edilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə