Yaponiyada helikopter qəzaya uğrayıb

Yaponiya Hərbi-Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb, nəticədə 3 nəfər xəsarət alıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Yamaquti əyalətinin İvakunini şəhərindəki hərbi baza yaxınlığında baş verib.

Qəza zamanı helikopterin göyərtəsində 8 nəfər olub.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə