Çində 750 mindən çox insana ziyan dəyib

Çinin mərkəzi hissəsində yerləşən Xuan əyalətində son bir həftə ərzində davam edən leysan nəticəsində 750 mindən çox insana ziyan dəyib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii fəlakət bölgəsindən 88,5 mindən çox insan təxliyyə edilib. Daşqınlar 1100-dən artıq tikilini, o cümlədən yaşayış binasını dağıdıb, 4 nəfər isə bu fəlakətin qurbanı olub. Bundan başqa, sel körpüləri, avtomobil yollarını və başqa infrastrukturları dağıdıb. Məlumata görə, ziyan dəyən rayonlarda suyun səviyyəsi həyəcan yaradan nöqtəyə çatıb.

Çinin Metereoloji Xidməti qarşıdan gələn istirahət günündə də yağış yağacağını bildirib. Turistlərə ölkənin şimal əyalətlərinə səfər etməmək məsləhət görülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə