Venesuelanın Amasonas ştatında həbsxanada baş vermiş iğtişaşlar nəticəsində 37 nəfər ölüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Venesuela Təhlükəsizlik Xidmətinin Puerto-Ayakuço şəhərində həbsxanada nəzarəti bərpa etmək cəhdi məhkumların müqaviməti ilə qarşılaşıb.

Nəticədə qanlı toqquşmada 37 dustaq ölüb.

Polis əməkdaşları arasında itki barədə məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə