Çinin Sıçuan əyalətində baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb, 493 nəfər xəsarət alıb. SİA-nın xəbərinə görə, bu barədə "RİA Novosti" yazır. Məlumatda bildirilir ki, həlak olan 25 nəfərin 21-nin kimliyi məlum olub, 4 nəfərin isə kimliyi araşdırılır. Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ Çinin Sıçuan əyalətində avqustun 8-i yerli vaxtla saat 21:19-da baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə